“Xırdalan” yarımstansiyası yenidən qurulur
Artıq “Xırdalan” yarımstansiyasında 220 və 110 kilovoltluq açıq paylayıcı qurğuların yeni texnologiyalar əsasında yenidən qurulmasi prosesi və bütövlükdə metal-konstruksiya işləri başa çatıb.
Ərazidə yeni inzibati bina tikilib. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq. Qeyd edək ki, “Azərenerji” “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyası, 20-dək yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.
Azvision.az
Teqlər: Azərenerji