Bir gündə milyardlarla dollar itirdilər

  10 Mart 2020    Oxunub : 2042
Bir gündə milyardlarla dollar itirdilər
Birjalarda neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində dünyanın ən zəngin 500 insanı 238,5 milyard ABŞ dolları itirib.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, neftin ucuzlaşmasının ən çox ziyan vurduğu milyarder meksikalı iş adamı Karlos Slim olub. O, bir gündə 6,01 milyard dollar itki ilə üzləşib. Bu səbəbdən sərvəti 50 milyard ABŞ dollarına enib.

Dünyanın ən zəngin adamı “Amazon”un icraçı direktoru Jeff Bezos 5,6 milyard ABŞ dolları zərərlə üzləşib. Bununla da, onun sərvəti 118 milyard ABŞ dollarından 112 milyarda düşüb.

"Microsoft"un qurucusu Bill Qeyts isə bir gündə 5.12 milyard dollar itirib. Onun sərvəti 106 milyard ABŞ dollarına enib. Lüks mallar nəhəngi “LVMH”-in İdarə Heyətinin sədri (CEO) Bernard Arnault 4,36 milyard dollar zərərə düşüb.

Hesabat dövründə 500 milyarder arasında cəmi 17 nəfər sərvətini artıra bilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Milyarder