Güzəştli şərtlərlə gübrə satışına başlanılır
Əlavə olaraq, martın 11-də Tərtər rayonunun Soyulan, Şəmkir rayonunun Qaracəmirli kəndində səyyar gübrə satışı həyata keçiriləcək.
Qeyd edək ki, gübrə alınmasında artıq heç bir sənədin təqdim edilməsinə ehtiyac yoxdur. Mineral gübrələri “Fermer kartı” vasitəsi ilə asanlıqla əldə etmək mümkündür. Yeni qaydalara əsasən, gübrə alışında 70 faiz güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30 faiz dəyər isə fermerin öz vəsaiti hesabına ödənilir.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi, eləcə də (+99451) 229-32-07 və (+99451) 255-93-83, əlaqə nömrələrinə müraciət etmək lazımdır.
Azvision.az