Mərkəzi Bankda növbədənkənar hərrac keçirildi

 Mərkəzi Bankda növbədənkənar hərrac keçirildi
  11 Mart 2020    Oxunub:2385
Martın 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
Bankdan Azvision.az -a verilən məlumata görə, hərracda tələb dünənki tarixdə keçirilmiş hərracla müqayisədə 168,2 milyon ABŞ dolları və ya 52 faiz azalaraq 155 milyon dollar təşkil edib. Tələb tam təmin edilib.

Növbəti valyuta hərracı qrafikə uyğun olaraq martın 12-də keçiriləcək.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti