Mərkəzi Bank 100 milyon manat cəlb edib

  11 Mart 2020    Oxunub : 1075
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, martın 11-də Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 313 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51 faiz təşkil edib.

Azvision.az

Teqlər: AMB