Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib
  12 Mart 2020    Oxunub:1787
Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbul zamanı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, sayğaclaşma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb.

Qəbulda səsləndirilən müraciətlər dinlənilib və qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, nazirlikdə və regionlarda vətəndaş qəbulu davam edir.

Azvision.az



Teqlər: EnergetikaNazirliyi  





Xəbər lenti