Neftin qiyməti yenidən ucuzlaşdı

  12 Mart 2020    Oxunub : 1213
Neftin qiyməti yenidən ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar geriləyərək 34,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,28 dollar ucuzlaşaraq 31,70 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar geriləyərək 36,04 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft