Azərbaycan neftinin qiyməti 32 dollara düşdü

  13 Mart 2020    Oxunub : 974
Azərbaycan neftinin qiyməti 32 dollara düşdü
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 33,63 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar bahalaşaraq 31,78 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 3,69 dollar geriləyərək 32,35 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft