Valyuta hərracında tələb tam təmin olunub

  13 Mart 2020    Oxunub : 814
Valyuta hərracında tələb tam təmin olunub
Martın 13-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hərracda tələb 265,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az

Teqlər: Valyuta