Əsas kapitala yönəldilən vəsait açıqlandı

Əsas kapitala yönəldilən vəsait açıqlandı
  16 Mart 2020    Oxunub:1469
Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 58,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi sərmayənin 68,3%-i məhsul istehsalı sahələrinə, 20,6%-i xidmət sahələrinə, 11,1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,3%-ni təşkil edib (bu nisbət yanvar ayının yekununda 69,8% təşkil edib).

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3%, büdcə vəsaitləri 17,1%, əhalinin şəxsi vəsaitləri 7%, bank kreditləri 5,1%, sair vəsaitlər 3,1%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4% təşkil edib.

Azvision.az


Teqlər: Kapital  





Xəbər lenti