Vətəndaşların səyyar qəbulu dayandırıldı - SİYAHI

  16 Mart 2020    Oxunub : 1603
 Vətəndaşların səyyar qəbulu dayandırıldı - SİYAHI
Azərbaycanda vətəndaşların qəbulu ilə bağlı yeni tələblər müəyyənləşib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda bununla bağlı xüsusi məqamlar öz əksini tapıb.

Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilməlidir:

- Qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

- Yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

- Vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

- Mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

- Göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

- Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

Azvision.az

Teqlər: Vətəndaş   Qəbul