Gömrük Komitəsində vətəndaşların qəbulu məhdudlaşdırılıb
Qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.
Vətəndaşlar müraciətlərini yazılı şəkildə “[email protected]” elektron ünvanına göndərə və ya komitənin rəsmi internet saytında fəaliyyət göstərən komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.
Şifahi müraciətlərin, Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli Çağrı mərkəzi ilə əlaqə yaradılması xahiş olunur.
Gömrük prosedurları ilə bağlı komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: DGK