Azərbaycan nefti 29 dollara satılır

  17 Mart 2020    Oxunub : 1076
 Azərbaycan nefti 29 dollara satılır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 30,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 29,89 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,77 dollar ucuzlaşaraq 29,37 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft