“Rafael Dadaşov kimi gözəl dostu itirdim” - Əbülfəs Qarayev

  17 Mart 2020    Oxunub : 4347
“Rafael Dadaşov kimi gözəl dostu itirdim” - Əbülfəs Qarayev
"Rafael Dadaşovun ölümü bizim üçün çox böyük itkidir. Mən şəxsən çox gözəl bir insanı itirmişəm".

Azvision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq artisti Rafael Dadaşovun dəfn mərasimində deyib. Nazir bildirib ki, mərhum aktyor Azərbaycan teatr tarixində böyük səhifə yazıb:
“Onunla həmişə xoş münasibətimiz olub. Sağlamlığı ilə bağlı əziyyət çəkirdi. Allah rəhmət etsin. Rafael Dadaşov Azərbaycan teatr tarixində böyük bir səhifə yazıb. Onun ailə kökü, tərbiyəsi var idi, teatr mühitində böyümüşdü. Azərbaycanın bir neçə rayon teatrında çalışıb, amma əsas fəaliyyəti “Azdrama” ilə bağlı idi. Mənim yadımdadır, 60-70-ci illərdə Don Juan rolunu oynayırdı, onu böyük maraqla izləyirdim. "Hamlet"də isə Kral obrazını çox gözəl canlandırmışdı. Çox şaxəli bir insan idi. Ən əsası yaxşı adam və gözəl dost idi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmişə Rafael bəyin sağlamlığının qeydinə qalıblar. Nə lazım idisə, köməklik göstəriblər. Bu, Allahın hökmü idi. Düşünürəm ki, indiki vəziyyətdə hansısa mərasim keçirmək mümkün deyil. Teatrlar açılandan sonra Rafael Dadaşova həsr olunmuş gecə təşkil edəcəyik".





Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əbülfəs-Qarayev