Neftin qiyməti ucuzlaşmaqda davam edir

  18 Mart 2020    Oxunub : 829
Neftin qiyməti ucuzlaşmaqda davam edir
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar geriləyərək 28,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar ucuzlaşaraq 26,47 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar ucuzlaşaraq 29,17 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft