Naxçıvanda 4 ildə 11524 yeni iş yeri açılıb

  18 Mart 2020    Oxunub : 1006
Naxçıvanda 4 ildə 11524 yeni iş yeri açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində proqram qəbul edilən gündən bu günədək 11 min 524, o cümlədən 2019-cu ildə 3 min 250 yeni iş yeri açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən il muxtar respublikada iqtisadi fəal əhalinin 99,9 faizini iqtisadi sahədə məşğul olanlar təşkil edib. Yeni iş yerlərinin açılması insanların sosial rifah səviyyəsinin və ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına təkan verir.

Azvision.az

Teqlər: Naxçıvan   İşyeri