Banklar bayramda işləməyəcək

  19 Mart 2020    Oxunub : 1412
 Banklar bayramda işləməyəcək
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd olunub ki, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.

Azvision.az

Teqlər: Bank   Bayram