İxrac və idxal olunan məhsulların həcmi açıqlandı

  19 Mart 2020    Oxunub : 795
İxrac və idxal olunan məhsulların həcmi açıqlandı
Yanvarda ixrac və idxal olunan məhsulların həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, yanvarda 2019-cu ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3 dəfə, meyvə və tərəvəz konservləri 1,8 dəfə, meyvə və tərəvəz şirələri 1,7 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 3,9 dəfə, kartof 17,3 faiz, polietilen 1,6 dəfə, emal olunmamış alüminium 5,1 faiz, pambıq ipliyi 3,7 dəfə, qara metallardan borular 25,3 faiz, bentonit gili 18,4 faiz artıb. Hesabat dövründə təzə meyvə ixracı isə 22,7 faiz, təzə tərəvəz 17 faiz, şəkər 44,5 faiz, tütün 67,1 faiz, çay 56,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 87,3 faiz, pambıq lifi 11,7 faiz azalıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni ayında bitki yağlarının idxalı 6,8 faiz, çay 1,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları 40,3 faiz, təzə tərəvəz 8,5 faiz, minik avtomobilləri 2,5 dəfə, polad prokatı 47,6 faiz, qara metallardan çubuqlar 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları 1,6 dəfə, yük avtomobilləri 35,8 faiz, polietilen 30,9 faiz, avtobuslar 2 dəfə, paltaryuyan maşınlar 42,1 faiz, məişət soyuducuları 2,5 dəfə artıb. Buğda idxalı 54,4 faiz, təzə meyvə 6,4 faiz, kartof 13,5 faiz, quş əti və onun əlavə məhsulları 10,5 faiz, mal əti 12,2 faiz, xam şəkər və şəkər 81,1 faiz, siqaret 94,3 faiz, qara metallardan borular 7,9 faiz, rezin şinlər 32,1 faiz, mebellər 13,8 faiz, qara metallardan künclüklər 48 faiz, mineral gübrələr 90,6 faiz, sement və sement klinkerləri 54,9 faiz, məişət kondisionerləri isə 53,6 faiz azalıb.

Azvision.az

Teqlər: Statistika   İdxal   İxrac