“Nar+” tətbiqini yüklə və hədiyyə qazan!

  19 Mart 2020    Oxunub : 928
“Nar+” tətbiqini yüklə və hədiyyə qazan!
Müştəri təcrübəsini daim inkişaf etdirən “Nar”, şəxsi hesablara rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçiləri üçün xüsusi kampaniyaya start verib.
Tətbiqin yeni istifadəçilərinə qeydiyyatdan keçdikdən sonra 24 saat ərzində xüsusi bonuslar təqdim olunacaq. Kampaniya 19 aprel tarixinədək davam edəcək.

Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir.

Belə ki, abunəçilər bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər.

Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir. Tətbiqin daha bir unikal xüsusiyyəti isə eyni anda 5-dək hesaba nəzarət etmə imkanı verməsidir.

Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.

Azvision.az

Teqlər: Nar