Bu il Azərbaycanda 6,1 milyon ton neft çıxarılıb

Bu il Azərbaycanda 6,1 milyon ton neft çıxarılıb
  20 Mart 2020    Oxunub:1858
Yanvar-fevral aylarında ölkədə 6 milyon 127,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 6 milyard 636,6 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 4 milyard 654,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,3 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,8 faiz azalıb.

Ölkədə neft istehsalı 3,7 faiz azalıb, qaz hasilatı isə 19,1 faiz artıb.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti