Boeing səhmdarlara divident ödəməsini dayandırıb

  21 Mart 2020    Oxunub : 1257
Boeing səhmdarlara divident ödəməsini dayandırıb
Boeing şirkəti yeni növ koronavirusun pandemiyası fonunda yaranan böhran səbəbiylə səhmdarlarına dividendlərin ödəməsini təxirə salıb.
Azvision.az xəbər veriir ki, bu barədə məlumat təyyarə konserninin saytında yerləşdirilib.

Bundan əlavə, bu ilin sonunadək qrupun baş direktoru Devid Kelhun və direktorlar şurasının sədri Larri Kellnerə maaşların ödənilməsi dondurulub.

Qeyd olunub ki, şirkət mövcud şəraitdə istehsalın və tədarük zəncirinin qorunması üçün bütün mümkün tədbirləri görür.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Təyyarə