"Azəriqaz"ın müştəri xidməti fəaliyyətini davam etdirir
Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir.
Bundan başqa, Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlərə eyni xidmətlər təqdim olunur. Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.
Azvision.az
Teqlər: Azəriqaz