"Kapital Bank" koronavirusla mübarizəyə yarım milyon ayırdı
Qeyd edək ki, Kapital Bank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. Virusun yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarına güzəştlər tətbiq edilib. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin də biznes kreditlərini tam komisiyyasız rəsmiləşdirilir.
Bundan başqa müştərilər BirBank mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm BirBank, həm də Müştəri Bank 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Kapital-Bank