Benzin və dizel yanacağının istehsalı artıb

  23 Mart 2020    Oxunub : 742
Benzin və dizel yanacağının istehsalı artıb
Yanvar-fevral aylarında Azərbaycanda 371,8 min ton dizel yanacağı, 230 min ton avtomobil benzini, 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu və 39,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, iki ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 11,3 faiz artıb.

Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3 faiz, avtomobil benzininin istehsalı 15,1 faiz, dizel yanacağının istehsalı 9,5 faiz artıb.

Neft koksunun istehsalı 1,2 faiz, ağ neftin istehsalı 3,3 faiz, neft- kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9 faiz azalıb.

Azvision.az

Teqlər: Statistika