DOST Agentliyindən 100 min manatlıq yardım

DOST Agentliyindən 100 min manatlıq yardım
  23 Mart 2020    Oxunub:1833
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərdi.
Bu barədə Azvision.az -a DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

"Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcək", - deyə məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: DOST  





Xəbər lenti