“Azərişıq” 3 günə 850 müraciətə baxıb

  23 Mart 2020    Oxunub : 982
“Azərişıq” 3 günə 850 müraciətə baxıb
Martın 20-22-si tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müraciətlərin hamısı öz həllini tapıb: “Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirlmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin facebook, instagram sosial şəbəkələri yaxud, whatsapp (+994772176762) vasitəsi ilə sual, şikayət və təklifləri cavablandırılır”.

Azvision.az

Teqlər: Azərişıq