Ukrayna vətəndaşları Azərbaycandan təxliyə edilir

  24 Mart 2020    Oxunub : 1475
 Ukrayna vətəndaşları Azərbaycandan təxliyə edilir
Azərbaycanda olan Ukrayna vətəndaşları təxliyə olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat paylaşıb.

"Bu gün saat 23:00-da 136 vətəndaşın müraciəti ilə Bakı-Kiyev marşrutu üzrə xüsusi reys baş tutacaq", - deyə diplomat qeyd edib.

Azvision.az

Teqlər: Ukrayna   Səfir