İki qurumun işçilərinin maaşı artırıldı
Qərara əsasən, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.
Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.
Hər iki qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Azvision.az