ABŞ-ın neft şirkətləri hasilatı azaltmaq istəyir
ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan "Plains All American Pipeline LP" tədarükçülərinə istehsalın azaldılmasına dair məktub göndərib. Bundan əlavə, belə müraciətlər boru kəmərləri operatorlarından da gəlib.
Məlumatda vurğulanıb ki, bu cür istəklər pandemiya şəraitində tələbin azalması səbəbindən hasil olunan neftin həcminin saxlama həcmindən artıq olduğuna işarədir.
Pərvanə Sultanova
Azvision.az