Azərbaycan ən çox İtaliyaya məhsul göndərdi

   Azərbaycan ən çox İtaliyaya məhsul göndərdi
  29 Mart 2020    Oxunub:2137
Cari ilin yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, iki ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 1 milyard 492,9 milyon ABŞ dolları, Türkiyəyə 310,6 milyon dollar, İsrailə 216,9 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 576 milyon dollar, Türkiyə ilə 547,4 milyon dollar, Rusiya ilə 347,1 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: Gömrük   DGK   İxrac   İtaliya  





Xəbər lenti