Vergilərin ödənilməsi müddəti uzadıldı

 Vergilərin ödənilməsi müddəti uzadıldı
  29 Mart 2020    Oxunub:2323
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Belə ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti martın 31-dir.

Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti