Paytaxtın bir neçə küçəsində təmir işləri aparılıb
Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 10 min kvadratmetrdən çox sahəni əhatə edib.Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Analoji işlər tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.
Azvision.az
Teqlər: Təmir