Ölkənin ərzaq məhsulları ilə təminatında problem yoxdur
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
“Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsümi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək göstərilir”, - deyə, nazir müavini qeyd edib.
Azvision.az