Azərbaycan neftinin qiyməti 19 dollara düşdü

  31 Mart 2020    Oxunub : 1574
 Azərbaycan neftinin qiyməti 19 dollara düşdü
Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,62 dollar ucuzlaşaraq 19,23 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az

Teqlər: Neft   Birja