Paytaxtda iki ayda ərzağa xərclənən vəsait açıqlandı

Paytaxtda iki ayda ərzağa xərclənən vəsait açıqlandı
  01 Aprel 2020    Oxunub:1832
2020-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3249,9 milyon manat olub.
Bakı Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Azvision.az



Teqlər: Bakı   Statistika  





Xəbər lenti