Paytaxtın ictimai iaşə dövriyyəsi artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi artıb
  01 Aprel 2020    Oxunub:2106
Bu ilin yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4% artaraq 144,4 mln manat olub.
Azvision.az -ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 mln manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti