Ərzaq mağazalarında bu yerlər dezinfeksiya edilməlidir

Ərzaq mağazalarında bu yerlər dezinfeksiya edilməlidir
  01 Aprel 2020    Oxunub:2548
Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr var.
Azvision.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, dezinfeksiya edilməsi vacib olan sahələr qapı və qapı tutacaqlar, istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolab və tutacaqlar, ödəniş terminalları, kassada yerləşən konveyerlər, məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər, çoxmərtəbəli müəssisələrdə eskalator və onun tutacaqları, liftlər, soyuducuların tutacaqları və tullantı qablarıdır.



Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti