Bəzi məhsullar ƏDV-dən azad edilir

   Bəzi məhsullar ƏDV-dən azad edilir
  01 Aprel 2020    Oxunub:1663
Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsullar ƏDV-dən müddətli azad ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış iqtisadiyyata dəstək proqramında qeyd olunub.

Proqrama əsasən, əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Proqram   Əhali  





Xəbər lenti