Rusiya neft hasilatını artırmayacaq

   Rusiya neft hasilatını artırmayacaq
  01 Aprel 2020    Oxunub:2054
Rusiya neft şirkətləri aprelin 1-dən neft hasilatını artırmayacaqlar.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı aprelin 1-də neft hasilatını gündə 12 milyon bareldən çox artırıb.

Məsələ ilə bağlı Rusiya və Səudiyyə Ərəbistanı energetika nazirliklərindən rəsmi şərh almaq mümkün olmayıb.

"Tatneft" in rəhbəri Nail Maqanov Energetika Nazirliyindəki görüşdən sonra bildirib ki, koronavirusa görə neft hasilatını artırmaq iqtisadi cəhətdən məqsədəuyğun deyil.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Neft  





Xəbər lenti