Bəzi gənclərə güzəştli kreditlər veriləcək

   Bəzi gənclərə güzəştli kreditlər veriləcək
  01 Aprel 2020    Oxunub:6074
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Sənədə əsasən, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılacaq.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Fərman  





Xəbər lenti