Vahid bəyannamənin təqdim edilməsinə başlanıldı
Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 01.04.2020-ci il tarixindən başlanılıb.
Bundan əlavə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.
Azvision.az