AQTA-nın Çağrı Mərkəzi fasilələrlə işləyəcək

AQTA-nın Çağrı Mərkəzi fasilələrlə işləyəcək
  04 Aprel 2020    Oxunub:2432
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar olaraq 4 aprel 2020-ci il tarixdə, saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, vətəndaşlardan mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə AQTA-nın rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərmələri xahiş olunur.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti