“Azəriqaz” müştəri xidmətlərinin iş qrafikini dəyişdi
Birliyin Müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı “ASAN xidmət” Mərkəzində 2 pəncərə üzrə, 1 saylı “ASAN Kommunal” Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq. Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq.
Azvision.az
Teqlər: Azəriqaz