Dünyada baş verənlər Neft Fondundan da təsirsiz ötüşmür

Dünyada baş verənlər Neft Fondundan da təsirsiz ötüşmür
  06 Aprel 2020    Oxunub:2544
Bu gün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür.
Azvision.az xəbər verir ki, bu barədə ARDNF-nin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, bu gün ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir:

"Məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bugün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti