Komitə iclaslarının necə keçiriləcəyi məlum oldu

  09 Aprel 2020    Oxunub : 1719
Komitə iclaslarının necə keçiriləcəyi məlum oldu
"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, sənədin yeni redaksiyasına əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsi bu il dekabrın 30-dək qüvvədə olacaq.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Komitə   İclas