Azərbaycanda bacı-qardaş nikahları yayıla bilər – ARAŞDIRMA

Azərbaycanda bacı-qardaş nikahları yayıla bilər – ARAŞDIRMA
  20 Yanvar 2013    Oxunub:5351
Bir müddət öncə Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin adını dəyişdirərək, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun adlandırıb. Qanuna bir sıra dəyişikliklər də edilib ki, bu da analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlıdır. [/B][B]Öncə onu qeyd edək ki, ötən il boşanma halları 0,2 faiz artıb. İl ərzində 10 mindən artıq insan boşanıb. Boşanmaların səbəbini araşdırarkən məlum olur ki, 70 faiz hallarda bu, sonsuzluqla bağlıdır.
Boşanmaların qarşısını almaq məqsədilə dəyişikliklər edilmiş layihənin 10-cu maddəsinə əsasən sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan faydalanmaqla sonsuzluğun bütün növlərini müalicə hüququna malikdir.
Qanun layihəsində sonsuzluğun aradan qaldırılmasında donorluq məsələsi də əksini tapıb. Belə ki, donor 35 yaşadək kişi və qadın ola bilər. Donor xidmətindən istifadə edən ailə donorun milliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir. Donorluq müqavilə əsasında həyata keçirilir və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər. Layihədə əsasən, ekstrakorporal mayalanma və embrionun köçürülməsi ilə bağlı məsələlər də əksini tapıb.
Uzun illərdir gündəmdə olan süni mayalanma, sperma donorluğu başqa ölkələrdə oldğu kimi Azərbaycanda da bir çox klinikalarda aparılır. Amma əməliyyatın qiyməti baha olduğu üçün bu üsula hər uşaq istəyən müraicət edə bilmir.
Ginekoloq Ramil Salayevin sözlərinə görə, hazırda çalışdıqları xəstənada bu əməliyyat 6-8 min manata başa gəlir. “Sonsuzluqdan əziyyət çəkən bir çox qadınlar var, onlar bizə müraciət edərək, bu əməliyyata hazır olduqlarını bildirirlər. Əməliyyatdan sonra hamilə qalma ehtimalı 60 – 70 faizdir. Amma öncə qadında süni mayalanma üçün əlverişli mühit - yəni orqanizm yaradılır. Bu da dərman preparatları ilə bir neçə aya hazırlanır. Əməliyyat həyata keçirildikdən sonar xəstə daim nəzarətdə saxlanılır. Hər ay yoxlamalar, müayinələr həyata keçilir”.
Müsahibim bildirir ki, bu barədə qanunun olmasına ehtiyac çox böyükdür. Çünki ölkədə qanunla qadağan edilmədiyinə görə, sperma bankları var. Hər bir insan o banklara spermalarını sata bilir. Bu da bir kişidən onlarla övladın dünyaya gəlməsi deməkdir: “[B]Uşaqların atası bəlli olmadığına görə, gələcəkdə bacı-qardaş arasında nigahların olması da istisna edilmir. Düşünürəm ki, bu qanun icra edilsə də, belə hallar olacaq. Çünki Azərbaycan əhalisi böyük olan dövlətlərdən deyil"[/B].
R. Salayevin fikrincə, süni mayalanma zamanı əkiz uşaqların dünyaya gəlmə ehtimal böyük olur.
Qanuna görə 1 nəfərin 5 ailəyə donorluq edə bilməsi fikri əhali arasında narazılğa səbəb olub. Elnur Nəsirov deyir ki, bu cür qanunlarn qəbulu Azərbaycan kimi ölkə üçün düzgün deyil. Çünki Azərbaycan kiçik bir dövlətdir və əhalisi də azdır: “20 ildən sonar ölkədə bacı–qardaşların ailə quracağı istisna edilmir. Düşünürəm ki, əgər belə qanun varsa, 1 adam 1 ailəyə donorluq etməlidir. Düşünün, 1 adamın 5 ailədə övladı böyüyürsə, onların gələcək həyatına kim zəmanət verə bilər”.
Nazlı Abdullayeva isə bu qanunun həyata keçirilməsinin önəmli olduğunu bildirir. Müsahibimi narahat edən bu əməliyyatların qiymətidir: “Mənim 12 ildir ki, övladım olmur. Xəstəxanalara müraciət etmişəm, deyirlər 62 faiz doğum ehtimalı var. Amma əməliyyatın qiyməti çox bahadır. Yeddi minə əməliyyat etdirmək bu gün Azərbaycan ailəsi üçün çətinlik yaradacaq. Axı hər ailənin 7000 manat vermək imkanı yoxdur. Həkimlərə qiymətdən şikayət edəndə deyirlər ki, bu gün 7000 manatın yoxdursa, o uşağı necə saxlayacaqasan? Amma düşünürəm ki, qanun qəbul edilib, daha ucuz qiymətə həyata keçirilərsə, bu sonsuz insanlar üçün sevinc mənbəyi ola bilər”.
Həkimin sözlərinə görə, donorlardan sperma və yumurtahüceyrə alınan zaman onlar haqqına bütün məlumatlar əldə edilir. “Onların boyu, çəkisi, xarici görünüşü, gözünün rəngi, psixi vəziyyəti, sağlamlığı qeydə alınır. Donor üçün müraciət edənlərə donorun bu keyfiyyətləri təqdim edilir. Əgər müraciət edən donoru tanımaq istəyində olarsa, onları qarşılaşdrmaq imkanları da var”.
Qiymətlərə gəldikdə isə, həkim bu əməliyyatın riskli, istifadə edilən dərmanların baha olduğunu deyir. O, hesab edir ki, bu əməliyyata görə xarici ölkələrə gedənlərin də sayı az deyil: “Əvvəllər bu əməliyyatın ölkədə keçirilməsi çox az idi. Bu səbəbdən uşaq istəyənlər xarici ölkələrə gedirdilər. Ancaq indi bu, rahatlaşb”.
Tənha anaların uşaq sahibi olması ilə bağlı fikirlər müxtəlifdir. Sosioloq Nəzakət Əhmədova hesab edir ki, bəzi qadınlar var ki, onlar ailə qurmurlar, daha doğrusu, onları alan olmur. Belə xanımların da ana olmaq hüququ var: “Analıq möhtəşəm hissdir. Amma elə qadınlar var ki, onları alan olmur. Belə qadınlar ana olmaq istəyindən məhrum olmamaq üçün donor banklarına müraciət edə bilsələr, bu, həm demoqrafik problemlərin qarşısın alar, həm də qadınların arzusu reallaşar. Digər tərəfdən isə, atasız uşaq böyütmək cəmiyyət üçün təhlükəlidir. Yəni bu addımı atarkən diqqətli olmaq lazımdır. Uşaq istəyən tənha qadınlar cəmiyyətin qınağından da qurtula bilməyəcəklər. Və düşünün o uşaqların gələcəyini… Bu uşaqlara sizcə, cəmiyyət nə ad verəcək?”
Süni mayalanma, sperma və yumurtahüceyrə donorluğu haqqında dində heç nə deyilmədiyi üçün bu əməliyyatların dinə uyğun olub–olmamsı haqqında fikir yürütmək çətindir. İlahiyyatçı Səriyyə Sami deyir ki, bir kişinin bir neçə övlada sahib olması haram deyil. Amma bir şərtlə ki, uşağın anası ilə dini kəbini olsun: “Ümumiyyətlə, kişilərin onlarla övlad sahibi olmaq gücü var. Yəni Allah onları bu baxmdan bizdən fərqli yaradıb. Amma uşağın dünyaya gəlməsi üçün mütləq kəbin olmaldır. Kəbin olmadan doğulan uşağın atasının kimliyi bəlli olmadığı üçün, o uşaq, el dili ilə desək “bic” hesab edilə bilər”.

İradə CƏLİL


Teqlər:  





Xəbər lenti