“Qara qızıl”ın qiyməti bahalaşır

   “Qara qızıl”ın qiyməti bahalaşır
  13 Aprel 2020    Oxunub:2982
OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair razılaşmasından sonra dünya bazarlarında "qara qızıl"ın qiyməti artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında neftin qiymətində 4 faizədək bahalaşma qeydə alınıb.

Belə ki, "Brent" markalı neftin bir barrelinin qiyməti 4,26% faiz artaraq 32,82 dollara, WTI markalı neftin bir bareli isə 4,92% bahalaşaraq 23,88 dollara satılır.

Qeyd edək ki, OPEC+ ölkələri bazar günü neft hasilatının azaldılmasına dair razılaşmanı təsdiqləyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti