Bakı Limanında səpkili yük konteyner vasitəsilə daşındı
Bakı Limanında inşa edilən və səpkili yükün konteynerə boşaldılmasını təmin edən xüsusi qurğu vasitəsi ilə 1300 ton karbamid 62 ədəd 20 funtluq konteynerə yüklənərək Türkiyəyə yola salınıb. Bu üsulla mütəmadi olaraq yüklərin daşınması həyata keçiriləcək.
Dünya bazarlarında yüksək tələbata malik və əsasən kənd təsərrüfatında istifadə olunan karbamidin daşınması Bakı Limanı ilə “Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlığı sayəsində mümkün olub. Xatırladaq ki, cari il yanvarın 17-də Bakı Limanı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC arasında Orta Dəhliz (Middle Corridor) üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.
Azvision.az
Teqlər: Liman