Putinin sözçüsü OPEC+ sazişini şərh edib

Putinin sözçüsü OPEC+ sazişini şərh edib
  13 Aprel 2020    Oxunub:2421
"OPEC + ölkələrinin neft hasilatının azaldılması ilə bağlı razılığı neft hasil edən ölkələrin konsensus və qarşılıqlı anlaşma əldə edə biləcəyini sübuta yetirir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz razılaşmanı vacib hesab edirik. Bu, OPEC + ölkələri, həmçinin neft istehsal edən bir sıra ölkələrin enerji bazarlarını sabitləşdirmək üçün konsensusa gələ biləcəyinin təsdiqidir", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, OPEC+ ölkələri bazar günü neft hasilatını 2018-ci ilin oktyabr ayı səviyyəsində azaltmağı təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OPEC   Rusiya  





Xəbər lenti