Sabah Abşeronda işıq olmayacaq

Sabah Abşeronda işıq olmayacaq
  13 Aprel 2020    Oxunub:2410
Sabah, saat 11:30-16:00 arasında Abşeron rayonunun Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti